Paşinyan Türkiyə ilə sərhədin yaxın vaxtlarda açılacağına ümid edir

pasinyan-turkiye-ile-serhedin-yaxin-vaxtlarda-acilacagina-umid-edir
Oxunma sayı: 1581

Ermənistan əldə olunan razılaşmalar çərçivəsində Türkiyə ilə sərhədin qismən açılmasına hazırdır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb. 

O, Türkiyə ilə bu mövzuda əldə olunan razılaşmaların icra ediləcəyinə ümid etdiyini bildirib və bunların quru sərhədinin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasına aid olduğunu vurğulayıb: “İrəvan bu məqsədlə “Marqara” nərazət-buraxılış məntəqəsinin yenidən təchiz edilməsi istiqamətində xeyli iş görüb”.