Paşinyandan daha bir gülməli təklif

pasinyandan-daha-bir-gulmeli-teklif
Oxunma sayı: 19648

Sentyabrın 27-dən Qarabağda aparılan döyüşlərdə Azərbaycana məğlub olan Ermənistan rəhbərliyi xalqın gözündə “yenilməz”, “qüdrətli” olduğunu göstərmək üçün hər cür çirkin vasitəyə əl atır.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanat səsləndirən Baş Nazir Nikol Paşinyan bununla bir daha gənclərin həyatının onun üçün zərrə qədər mahiyyəti olmadığını sübut etmiş oldu.

Hətta o, daha sonra öz feysbuk hesabında xalqa yazılı müraciət edərək 6 müddəadan ibarət tələb irəli sürdü:

1. Könüllü dəstə yaradın (minimum 30 nəfər).
2. Bir komandir seçin.
3. Hərbi komissarlığa müraciət edin.
4. Hərbi hissələrdən birində hazırlıq keçin.
5. Cəbhəyə yollanın.
6. Və qələbə.

Görünən odur ki, Ermənistan tərəfi artıq gənclərin döyüşlərə qatılmaq istəmədiyini qəbul edə bilmir və pərakəndə dəstələrlə öz “qalibiyyət dastanı”nı yazmaq istəyir.