"Biz bu payıza qədər kimyəvi silah ehtiyatlarımızın ləğvini başa çatdıra bilərik”.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
O, kimyəvi silaha malik yeganə ölkə lideri olaraq bu istiqamətdə işlərə başlanıldığını bildirib:
"Ümumi məqsədimizə nail olmaq üçün böyük səylə işlər davam etdirilir. Birləşmiş Ştatlar Administrasiyası kimyəvi silahlarının ləğvi prosesini bu ilin payızına qədər vaxtında başa çatdırmağa hazırdır".
Qeyd edək ki, Co Baydenin mayın 15-19-da Haaqada keçiriləcək Kimyəvi Silahlara dair Konvensiyaya İştirakçı Dövlətlərin Beşinci Konfransında iştirakı nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər