Paytaxtda orta aylıq maaş 1400 manata çatır

paytaxtda-orta-ayliq-maas-1400-manata-catir
Oxunma sayı: 1222

Bakıda çalışanların orta aylıq maaşı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artıb.

Hazırda paytaxtda çalışanların orta aylıq maaşı 1385,9 manat təşkil edib.