Pərvin Abıyeva yeni sevgilisindən danışdı

pervin-abiyeva-yeni-sevgilisinden-danisdi
Oxunma sayı: 3740

Tanınmış aktrisa Pərvin Abıyeva şəxsi həyatı barədə danışıb. “Qafqazinfo” xəbər verir ki, o, bir neçə həftədir eşq yaşadığını qeyd edib.

“Show News” proqramına danışan Pərvin həmin şəxslə ailə qurmaq barədə düşündüyünü də bildirib: “Sevirəm! İllərdir tanıdığım bir insandır. Hansı ki, nə dost, nə də sevgili kimi yaxınlıq qurmuşam. Qismət... Dost ortamında tanış olduq. Mənə dedi ki, illərdir səni gözləyirəm. Mən də cavab verdim ki, niyə xəbərim yoxdur? Kaş ki, xəbərim olardı.

Onun mənə olan diqqətini və qayğısını sevdim. Daha sonra özünü... Toy barədə təklif almamışam. İlk başlarda belə söhbətlər olub. Məni də hədsiz dərəcədə qısqanır. Geyim və peşəm barədə seçici olacam”.