Pezeşkiandan İranın Trampı öldürmək istədiyi iddialarına - Cavab

pezeskiandan-iranin-trampi-oldurmek-istediyi-iddialarina
Oxunma sayı: 3426

“İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini heç vaxt dəstəkləməyib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu iyun ayında Tehranın Trampı öldürməyi planlaşdırdığını iddia edib.