Pike Şakiranı unudub onunla sevgili oldu - Foto

pike-sakirani-unudub-onunla-sevgili-oldu
Oxunma sayı: 6703

Bir müddət öncə müğənni Şakira ilə yollarını ayıran “Barselona”nın müdafiəçisi Jerar Pike tələbə qızla sevgilidir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Pike şirkətində çalışan 23 yaşlı Klara Çia Marti ilə münasibət qurmağa başlayıb.

Məlumata görə, ictimaiyyətlə əlaqələr üzrə tələbə olan Marti məşhur futbolçunun prodüser şirkəti “Kosmos”un tədbirlərində fəaliyyət göstərib və Pike ilə orada tanış olub. Futbolçunun gənc qızla sevgi münasibətinin Şakira ilə evil olarkən, yoxsa ayrıldıqdan sonra başlaması hələ ki müəmmalıdır. 

Qeyd edək ki, Şakira və Pike 2010-cu ildə müğənninin dünya çempionatı üçün ifa etdiyi “Waka Waka” mahnısının klip çəkilişi zamanı tanış olublar. 35 yaşlı Pike və 45 yaşlı Şakira 12 illik münasibətdən sonra bu ilin iyununda ayrılmaq qərarına gəliblər. Onlar rəsmi nikahda olmayıblar, iki övladı var.

Cütlüyün ayrılması ilə bağlı heç bir açıqlama verilməsə də, bu qərarın Pikenin xəyanət iddialarından sonra verildiyi bildirilib.