Piyadanı vurub hadisə yerindən qaçdı

piyadani-vurub-hadise-yerinden-qacdi
Oxunma sayı: 1103

Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Allahverdiyev Emin Şəmsi oğlu yolu keçmək istəyərkən onu  avtomobil vurub. E.Allahverdiyev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağırdır.

Qeyd edək ki, sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli