Polis “Hafka”nın villasını mühasirəyə aldı- - Fotolar+Yenilənib (2 dəfə)

polis-hafkanin-villasini-muhasireye-aldi-
Oxunma sayı: 6857


Hazırda iş adamı Hafiz Məmmədovun oğlu üçün aldığı yeni ev polis tərəfindən boşaldılır. “Qafqazinfo” xəbər verir ki, hazırda polislər villanın qarşısındadırlar. 

Qeyd edək ki, Hafka evi oğluna alıb. Amma ev başqasının adında girovda olub. Hafiz Məmmədov nə bankın borcunu ödəyib, nə də pulu bağlayıb.

Bu səbəbdən hazırda Nərimanov rayon məhkəmə icraçıları ilə birlikdə polis evi boşaldır.

***

Məhkəmə icraçıları Hafiz Məmmədovun evinin qarşısını tərk edib. Lent.az-ın məlumatına görə, məlum olub ki, ev Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olsa da, sənədlər mülkün Məmməd Xudayev adlı şəxsə aid olduğunu göstərib. Banka yaranmış borcu da məhz M.Xudayev ödəməli olduğundan məhkəmə qərardadı ilə icraçılar həmin evə gəliblər. Bundan bir qədər sonra isə M.Xudayev "Mercedes S Class" markalı avtomobillə həmin ünvana, Teymur Əliyev küçəsinə gəlib. Burada icraçılarla borclu şəxs, eləcə də bank rəhbərliyi arasında mübahisə yaranıb. Bank nümayəndələri M.Xudayevdən 280 min manat borcu ödəməyi tələb ediblər. M.Xudayev isə banka yalnız 200 min manat borcu olduğunu və bu məbləği elə bu gün ödəməyi hazır olduğunu deyib. Lakin bank nümayəndələri məbləğin artıq 3 aydan artıqdır ki, ödənilmədiyini və faizi ilə birlikdə 280 min manat olduğunu bir daha deyiblər.

Mübahisədən sonra həm M.Xudayev, həm məhkəmə icraçıları, həm də digər şəxslər ərazidən uzaqlaşıblar.

***

Azərbaycanda “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov oğlu üçün aldığı, ancaq girov saxlanılan evin kredit borclarının bir hissəsini ödəməyə söz verib.

SalamNews-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, iş adamı bank işçilərinə evini girovdan qurtarmaq üçün kreditin digər hissəsini qataracağına əmin edib.