“Polislər mənə hədə-qorxu gəlir”- - Döyülən qadın+Fotolar

polisler-mene-hede-qorxu-gelir-
Oxunma sayı: 1984



Bu gün həmin hadisədə zərərçəkmiş Aytən İsmayılova “Qafqazinfo”ya açıqlama verib.

O bildirib ki, polislər ondan şikayət ərizəsini geri götürməsini tələb edirlər: 

“Əgər ərizəni götürməsəm, şəhərdə rahat hərəkət edə bilməyəcəyimi deyirlər. Mənə hədə-qorxu gəlirlər. Ərizəni geri götürmək niyyətim yoxdur. Çünki hüquqlarım pozulub və polislər tərəfindən döyülmüşəm”.

Qeyd edək ki, oktyabrın 15-də Sumqayıtda parkda iki nəfər tüfənglə sahibsiz itləri vurub. Bu zaman 28 yaşlı Aytən İsmayılova ilə rəfiqəsi Lada Penkova buna etiraz edib. Qadınlar it vuranlar tərəfindən təhqir olunduqları üçün polis bölməsinə gedərək şikayət ərizəsi yazıblar. Həmin xanımlar isə bölmədə polis əməkdaşları tərəfindən təhqir olunaraq döyüldüklərini iddia edirlər.

Lada Penkovanı döyməkdə ittiham olunan sahə müvəkkili Fərəməz Bağırovun ANS PRESS-ə verdiyi açıqlamada, qadının dedikləri yalan olduğunu vurğulayıb.

“Bura vəhşixana deyil. Vətəndaşların hüquqları qoruyan bölmədir. Kim istəyir müraciət edir və şikayəti araşdırılır”.