Polşa XİN Navalnı ilə bağlı telefon danışığı iddiasını təkzib etdi

Polşa XİN Navalnı ilə bağlı telefon danışığı iddiasını təkzib etdi
Oxunma sayı: 715

Polşa Xarici İşlər Nazirliyi Varşava və Berlin arasında Aleksey Navalnının zəhərlənməsinin saxtalaşdırılmasının müzakirə olunduğu telefon danışığının baş tutduğuna dair iddiaları təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, Polşa XİN bunu bazar ertəsi “TASS” agentliyinin müxbirinin sorğusuna cavab olaraq bildirib.

“İki ölkənin səlahiyyətlilərinin guya Aleksey Navalnının zəhərlənmədiyi etiraf olunan Varşava-Berlin arasındakı telefon danışığına dair Belarus tərəfinin iddialarını təkzib edirik”,- deyə açıqlamada qeyd olunub.

Polşa Xarici İşlər Nazirliyi bu məlumatlardan narahatlığını ifadə edərək, “Kansler Angela Merkelin və Almaniya hökumətinin Aleksey Navalnının  hərbi kimyəvi maddə ilə zəhərləndiyinə dair açıqlamasını qəbul edirik”,-deyə bildirib.

Xatırladaq ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko kəşfiyyat orqanları tərəfindən Varşava və Berlin arasında Navalnının zəhərlənmədiyini sübut edən telefon danışıqlarının ələ keçirildiyini bildirmişdi.