Pentaqon ABŞ-nin hazırkı lideri Donald Trampı keçmiş prezidentlər Corc Vaşinqton və Abraham Linkolnun yanında yerləşdirərək amerikalıları Prezidentlər Günü münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyi müvafiq paylaşımı “X” sosial şəbəkəsində yayıb.
Paylaşımda Corc Vaşinqton və Linkoln fonunda qırmızı qalstuk taxan Trampın ağ-qara fotosu yer alıb. Prezidentlərin portretlərinin altında Amerikanın B-2 strateji bombardmançısının silueti var.

Son xəbərlər
Son Xəbərlər