Prezident onlara general-mayor rütbəsi verdi - Yenilənib

Prezident onlara general-mayor rütbəsi verdi
Oxunma sayı: 1564

Azərbaycan prezidenti İlham Əliyev martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bir qrup əməkdaşının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilsin.

***

Ölkə başçısının imzaladığı digər sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Rauf Rafiq oğlu Xələfova

polkovnik İlqar Əli oğlu Musayevə

polkovnik Sahib Novruz oğlu Nağıyevə

polkovnik Asif Mustafa oğlu Rüstəmova.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi