Prezident “prava”larla bağlı sazişi təsdiqlədi

prezident-pravalarla-bagli-sazisi-tesdiqledi
Oxunma sayı: 7255

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiq edib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, dövlət başçısı həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.