Prezident Qara Qarayevə nə deyib?

prezident-qara-qarayeve-ne-deyib
Oxunma sayı: 15600

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.

Görüşdə Prezidentin “Qarabağ”ın futbolçusu Qara Qarayevlə zarafatı və gülüşmələri diqqət çəkib.

Təcrübəli yarımmüdafiəçi ölkə başçısı ilə səmimi görüşlə bağlı təəssüratını "Qafqazinfo" ilə bölüşüb. 

“Prezident Qurban Qurbanovu göstərib mənə dedi ki, Füzulidən oyuna gəlib çata bildin? Dedim ki, “yox”. Prezident buna güldü”.

Qeyd edək ki, Prezidentin oktyabrın 17-si Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib. Görüşdə “Qarabağ” komandasının və eləcə də millimizin futbolçusu Qara Qarayev də iştirak edib. Həmin gün “Qarabağ”ın “Sabah”la oyunu vardı.

Həmçinin oxuyun: “Qurbana deyin ki, Qara gəlib çatmayana kimi oyunu başlamasın”

Prezidentin “Qarabağ”ın futbolçuları ilə səmimi söhbəti - Video

Elsevər Məmmədov