Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində - Fotolar

prezident-qarabag-yataginin-dayaq-blokunun-denize-yola-salinmasi-merasiminde
Oxunma sayı: 4545

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.