Prezident Qarabağda tikilən körpüdə görülən işlərlə tanış oldu - Fotolar

Prezident Qarabağda tikilən körpüdə görülən işlərlə tanış oldu
Oxunma sayı: 3539

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.