Prezident yeni salınan parkda - Fotolar

prezident-yeni-salinan-parkda
Oxunma sayı: 1082

Prezident İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin professor və müəllim heyəti üçün tikilən binanın və ərafdakı evlərin sakinləri ilə görüşüb.