Prezidentdən Mehman Əliyevin həbsinə - Reaksiya

prezidentden-mehman-eliyevin-hebsine
Oxunma sayı: 8034

“Turan” agentliyinin direktoru Mehman Əliyev həbsi ilə əlaqədar prezident İlham Əliyevə müraciət edib.

“Qafqazinfo” haqqin.az-a istinadən xəbər verir ki, Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.