“Kvinsi Promes Azərbaycanda keçirilən matçda iştirak etməməlidir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Moskva “Spartak”ının futbolçusu Kvinsi Promesin vəkili deyib.
Belə ki, niderlandlı hücumçunun martın 23-də Bakıda “Neftçi” ilə keçiriləcək yoldaşlıq oyununda çıxış etməməsi tövsiyə olunub.
Vəkil İqor Buşmanov futbolçunun cinayət işləri ilə bağlı Niderlandla razılaşması olan heç bir ölkəyə getməməsini vurğulayıb.
Qeyd edək ki, Kvinsi narkotik qaçaqmalçılığı ittihamı ilə şərti olaraq 6 il müddətində həbs edilmişdi.