Puç olan qızıl ümidlərimiz...

puc-olan-qizil-umidlerimiz
Oxunma sayı: 2450

Tokio-2020 Yay Olimpiya Oyunları Azərbaycan üçün heç də uğurlu başlamayıb. “Qafqazinfo” xəbər verir ki, milli komandamızın üzvlərinin əksəriyyəti ilkin mərhələlərdə mübarizəni dayandırıb. 

Onların içində komandamızın qızıl medal ümidləri də var. Məyusedici hal odur ki, Olimpiya yığmamızın bayraqdarları da Olimpiadada uğursuzluğa düçar olub. Artıq 14 idmançımız çıxışını başa vurub. 

Komandamızın kişi bayraqdarı Rüstəm Orucov Olimpiya Oyunlarındakı ilk matçında - 1/16 final mərhələsində rusiyalı Mua Moquşkova qalib gəlsə də, sonradan yapon rəqibi Şohei Onoya uduzdu. Rüstəmin Onoya Olimpiya oyunlarında ikinci məğlubiyyəti oldu. Lakin Rüstəm bürünc medal qazanmaq şansını saxlayır. Orucov təsəlliverici görüşdə Akil Cakova (Kosovo) ilə görüşəcək.

Azərbaycan Olimpiya yığmasının qadın bayraqdarı Fəridə Əzizova 1/8 finalda ABŞ idmançısı Peyc Makferson məğlub olaraq Olimpiadaya vida etdi. 

Komandamızın əsas qızıl ümidi Milad Beiqi Harçeqani taekvando yarışlarına yaxşı start verib. O, 1/8 finalda çinli Lui Vey-Tinqə qalib gəlib. Lakin Harçeqani 1/4 finalda Özbəkistan təmsilçisi Nikita Rafalevoiçə böyük hesabla - 10:2 uduzub. O, yalnız təsəlliverici görüşə qatıla bilər. Bunun üçün Nikita finala çıxmalıdır. 

Cüdo üzrə komandamızın digər daha bir üzvü Orxan Səfərov da çıxışını erkən başa vurub. O, ilk mərhələdə qazaxıstanlı Yerlan Serjikanova uduzaraq Olimpiadada çıxışını dayandırdıb. 


60 kq çəkidə cüdo yarışlarında Kəramət Hüseynov da Olimpiada mübarizəsini erkən başa vurub. O, 1/8 finalda Gürcüstanlı Luxumi Çxvimianiyə uduzub.