Puqaçova bu ölkənin vətəndaşlığını alıb - Foto

puqacova-bu-olkenin-vetendasligini-alib
Oxunma sayı: 7510

Sentyabrın sonunda övladları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedən SSRİ Xalq artisti Alla Puqaçova ilə bağlı yeni iddia ortaya çıxıb.

“Qafqazinfo” Ukraynanın “Telegraf” nəşrinə istinadən xəbər verir ki, sənətkar hələ may ayında İsrail vətəndaşlığı alıb.

Həmçinin oxuyun: Имена 18 человек, оправданных по "Тертерскому делу"

Mənbə Puqaçovanın pasportunun fotosunu da paylaşıb. Lakin sənədin həqiqi olub-olmadığını təyin etmək mümkün deyil.

Pasportun etibarlılıq müddəti bir il təşkil edir. News.ru yazır ki, bu, yeni repatriantlar üçün tətbiq olunur. Xarici vətəndaşlığın alınması barədə xəbəri nə Puqaçova, nə də onun nümayəndələri təsdiq edib.