“Putin bunu anlamaqda ən yaxşı insandır”

putin-bunu-anlamaqda-en-yaxsi-insandir
Oxunma sayı: 483

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə bu gün baş tutan telefon danışığını yüksək qiymətləndirərək, müzakirələrin son dərəcə konstruktiv keçdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp səhər saatlarında baş tutan söhbəti “çox məhsuldar” adlandırıb.

“Təsəvvür edə biləcəyiniz kimi, bəzi çox çətin məsələlərimiz var. Putin bu cür çətin mövzuları anlamaqda, yəqin ki, dünyada ən yaxşı insandır. Hər şey həll olunur”, – deyə o söyləyib.

Xatırladaq ki, dekabrın 29-da baş tutan bu danışıq zamanı liderlər Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı söhbət aparıblar.

Qeyd edək ki, bu, tərəflər arasında son iki gündə ikinci telefon əlaqəsidir.