Putin Ərdoğanı təbrik etdi

putin-erdogani-tebrik-etdi
Oxunma sayı: 3894

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Türkiyə liderini Ramazan bayramı münasibətilə təbrik edib.

“Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib”, - məlumatda qeyd olunub.

Həmçinin Türkiyə lideri də Putini seçkilərdəki qələbəsinə görə təbrik edib.

Söhbət zamanı tərəflər müxtəlif sahələrdə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.