Putin istirahət gününü Sibirdə keçirib - Fotolar

putin-istirahet-gununu-sibirde-kecirib
Oxunma sayı: 18813

Rusiya Prezidenti Vladimir Putin istirahət gününü Sibirdə keçirib. 

“Qafqazinfo” Ria Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu, Prezidentin Rusiya təbiətinə sevgisindən irəli gəlir. 

Tayqaya müdafiə naziri Sergey Şoyqu ilə birlikdə gedən Putin qayıqla çayda üzüb, balıq tutub, dağlarda gəzərək giləmeyvə yığıb. 

Səfər zamanı Şoyqu Prezidenti ağacdan müxtəlif əşyalar yonduğu emalatxanası ilə tanış edib.