Putin Monqolustana gedəcək

putin-monqolustana-gedecek
Oxunma sayı: 1408

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səfər Monqolustan Prezidenti Uxnaqiyn Xurelsuxun dəvəti ilə baş tutacaq.

Belə ki, Putinin Sovet və Monqolustan silahlı qüvvələrinin müharibə üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirakı gözlənilir.

Məlumata görə, səfər zamanı aparılan danışıqlarda dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Rusiya-Monqolustan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.