Putin Pekində Ukraynanın təqdimatı zamanı yuxuladı - Video

putin-pekinde-ukraynanin-teqdimati-zamani-yuxuladi
Oxunma sayı: 8615

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Kreml rəhbəri Ukrayna komandasının təqdimatı zamanı yuxulayıb. Şərhçi Rusiya liderinin soyadını səsləndirən zaman isə Putin qəfildən diksinərək gözlərini açıb. Bəzi KİV-in məlumatına görə, Putin bunu Ukrayna komandasının meydana çıxması zamanı bilərəkdən edib. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pekin Olimpiadasının açılış mərasimində dövlət başçısının yuxuya getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 “Sosial şəbəkələrdə müzakirə olunan hər şey şərh olunsa, ağlınızı itirə bilərsiniz. Biz bunu rəva görə bilmərik”, – Peskov deyib.