“Putin qadın olsaydı, müharibəni başlatmazdı” - Boris Conson

putin-qadin-olsaydi-muharibeni-baslatmazdi
Oxunma sayı: 2440

“Rusiya Prezidenti Vladimir Putin qadın olsaydı, Ukraynadakı hərbi əməliyyatı başlatmazdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Almaniyanın “ZDF” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya lideri “toksik maskulinliyin” ideal nümunəsidir.