Putin Rəisinin helikopterinin axtarışına xilasedicilərin göndərilməsi haqda göstəriş verdi

putin-reisinin-helikopterinin-axtarisina-xilasedicilerin-gonderilmesi-haqda-gosteris-verdi
Oxunma sayı: 3162

Rusiya Prezidenti Vladimir Putin İran lideri İbrahim Rəisinin olduğu helikopterin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib.

“Qafqazinfo” “Tasnim News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müşaviri İqor Levitin İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər ilə telefon danışığı zamanı bildirib.

İ. Levitinin sözlərinə görə, bir saat ərzində göyərtəsində bir neçə helikopter və 50 dağ xilasedicisi olan iki müasir Rusiya təyyarəsi İranın şimal-şərqindəki Təbriz şəhərinə uçacaq.