Putin və Ərdoğan nələrdən danışıb?

Putin və Ərdoğan nələrdən danışıb?
Oxunma sayı: 3526

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında uçuşların bərpa olunmasını müzakirə edib və hər iki ölkə üzrə müvafiq qurumlara danışıqlara başlamağı tapşırıb.

“Qafqazinfo” xəbəb verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, bu mövzu Putin və Ərdoğan arasında 13 iyul tarixində baş tutan telefon danışığı zamanı müzakirə edilib. Liderlər daha sonra Suriya və Liviyadakı vəziyyəti, həmçinin Aya Sofyanın statusuna dair qərarı da müzakirə ediblər.

Qeyd edək ki,  bu gün Türkiyə Nəqliyyat Nazirliyi koronavirus pandemiyası səbəbiylə dayandırılmış Rusiya uçuşlarının bərpası barədə razılığa gəlindiyini bildirib. Tərəflərin iyulun 15-dən hava nəqliyyatını bərpa etməsi planlaşdırılır.

Daha əvvəl Türk Hava Yolları avqustun 1-dən etibarən Rusiyaya 6 istiqamətdə uçuşların açılacağını elan etmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi