Putindən “dost olmayan ölkələr”lə bağlı qərar

putinden-dost-olmayan-olkelerle-bagli-qerar
Oxunma sayı: 4618

Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin düşmənçilik davranışlarına qarşı cavab məqsədilə tədbirlərlə bağlı qərar imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kreml yazılı açıqlama yayıb.

Bildirilib ki, bununla Rusiyanın maraqları və təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra tədbirlər görülməsi qərara alınıb.

Rusiyaya, vətəndaşlarına və şirkətlərinə qarşı dostca olmayan tədbirlər görən ölkələrin diplomatik missiyalarının Rusiya torpaqlarında olan şəxslərlə iş müqavilələri imzalaması imkanları məhdudlaşdırılacaq.

İş müqaviləsi imzalanacaq şəxs sayı Rusiya hökuməti tərəfindən müəyyənləşdiriləcək.

Sözügedən qərar qüvvəyə minmədən öncə imzalanan və Rusiya hökumətinin müəyyənləşdirdiyi saydan çox olan iş müqavilələri ləğv ediləcək.

Rusiya hökuməti qarşılıq tədbirlərin görüləcəyi düşmən xarici ölkələrin siyahısını hazırlayacaq.