Putindən sərt qərar - Onlar vətəndaşlıqdan çıxarılacaqlar

putinden-sert-qerar
Oxunma sayı: 722

Rusiya prezidenti Vladimir Putin terrorçuların vətəndaşlıqdan çıxarılması və əcnəbilərin vətəndaşlığa qəbul edilərkən and içmələrinin lazım olduğunu bildirib.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, Putin Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodinlə görüşündə bununla bağlı Konstitusiya Məhkəməsi ilə məsləhətləşmələrin aparılmasını söyləyib.

Putin hər iki məsələnin Dumada da millət vəkillərinin müzakirə etməsini istəyib.

Volodin də dövlət başçısının fikrini dəstəklədiyini deyib.

Əgər müzakirələr nəticəsində bu barədə qanun qəbul edilərsə bundan sonra terror hadisələrində iştirak edən Rusiya vətəndaşları vətəndaşlıqdan çıxarılacaqlar. Əcnəbilər isə vətəndaşlığa qəbul edilərkən and içəcəklər.