Putinin eks-arvadı əri ilə 7 milyonluq villada yaşayır

putinin-eks-arvadi-eri-ile-7-milyonluq-villada-yasayir
Oxunma sayı: 868

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila hazırki əri, 37 yaşlı iş adamı Artur Oçeretnıy ilə Fransada 7 milyon dəyərində villada yaşayır.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə,  58 yaşlı Lyudmila villanı Putindən boşandıqdan  6 ay sonra alıb. 

Onun rəsmi olaraq varlı olmadığı, villanı kimin hesabına aldığı haqda məlumat olmadığı bildirilir.

Qeyd edək ki, V. Putinlə Lyudmila 30 il evil qaldıqdan sonra, 2013-cü ildə boşanıb.