Putinlə Baydenin Cenevrə görüşü başa çatdı - Yenilənib

Putinlə Baydenin Cenevrə görüşü başa çatdı
Oxunma sayı: 4066

Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Bayden aralarında baş tutacaq görüş üçün Cenevrəyə səfər ediblər.

“Qafqazinfo”nun TASS agentliyinə istinadən verdiyi məlumata görə, Putin görüşün baş tutacağı Villa La Qranja amerikalı həmkarından öncə gəlib.

Görüşün 5 saat davam edəcəyi gözlənilir.

***

Rusiya və ABŞ Prezidentləri əl-ələ görüşərək məkana daxil olublar.

***

***

Görüşün əvvəlində Putin Baydenə bu təşəbbüs üçün təşəkkür edib.

***

Putin Baydenlə danışıqların məhsuldar olacağına ümid etdiyini bildirib:

“Cənab Prezident, bu görüşdəki təşəbbüsünüzə görə sizə təşəkkür edirəm. Rusiya-Amerika münasibətlərində bir çox məsələlər yığılıb. Ümid edirəm görüşümüz məhsuldar olacaq”.

Həmçinin Putin amerikalı həmkarı ilə görüşün keçiriləcəyi salona girərkən zarafatlaşıb. Jurnalistlərin mətbuat konfransı salonundan çıxarıldığı anda hər iki Prezidentin güldüyü görüntülənib.

***

Tərəflər arasında dar tərkibli danışıqlar başa çatıb və geniş tərkibli danışıqların başlamasından əvvəl fasilə elan edilib.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə məlumat verib.

Onun sözlərinə görə, dar tərkibli formatda danışıqlar iki saata yaxın davam edib: “Hələ geniş bir formatda başlamamışıq. İndi fasilədir”.

***

Vladimir Putin və Co Bayden arasındakı görüş başa çatıb.

Danışıqların birinci hissəsi prezidentlər və Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ Dövlət Departamentinin rəhbəri Entonu Blinkenin iştirakı ilə baş tutub.

Görüş daha sonra geniş tərkibdə, Rusiya və ABŞ prezidentlərinin köməkçiləri, səfirlər və hərbçilərin iştirakı ilə davam etdirilib.