Dünyaca məşhur fransız modelyer Pyer Karden vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse” onun ailəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 98 yaşlı modelyer Parisin yaxınlığındakı bir xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Pyer Karden 1922-ci ildə İtaliyanın San Byaco di Kallalta kommunasında anadan olub. 1945-ci ildə Parisdə modelyer kimi fəaliyyətə başlayıb. 1946-cı ildə həmin dövrün ən məhşur modelyerlərindən olan Kristian Diordan dəvət alıb. Bir müddət sonra, 1950-ci ildə şəxsi moda evini, 1954-cü ildə “Yeva”, 1957-ci ildə isə “Adam” mağazalarını açıb.
Onun dünyaca məhşur “Pierre Cardin” brendi altında məhsulların istehsalında 200 minə qədər insan çalışır. Firmanın illik gəliri təxminən 12 mlrd. dollar təşkil edir.
Son xəbərlər
Son Xəbərlər