Qaçaq yolla Azərbaycana keçən İran vətəndaşı saxlanıldı

qacaq-yolla-azerbaycana-kecen-iran-vetendasi-saxlanildi
Oxunma sayı: 1033

Son günlərdə Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən 12 kiloqram 754 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-dən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 22-də Füzuli rayonunun Horadiz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin İran vətəndaşı 1978-ci il təvəllüdlü Ziyarəti Cavid Xeyrulla oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 964 qram narkotik vasitə (2950 qram qurudulmuş “marixuana” və 14 qram 283 ədəd maye şəklində “mydrax”) aşkar olunaraq götürülüb.

Mayın 24-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində 5 kiloqram 480 qram, növbəti gün Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 ədəd qara rəngli bağlamanın içərisindən 4 kiloqram 310 qram narkotik vasitə götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.