Qadınlar ildə nə qədər kosmetika işlədirlər?

qadinlar-ilde-ne-qeder-kosmetika-isledirler
Oxunma sayı: 646

Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, amerikalı alimlərin araşdırması il ərzində 1 qadının kosmetikadan 2,5 kiloqramadək kimyəvi maddə «udduğunu» müəyyənləşdirib. Araşdırma müəlliflərinin sözlərinə görə, əksər qadınlar 1 gündə orta hesabla 20 müxtəlif kosmetik preparatdan istifadə edir.

Biokimyaçı Riçard Bensin sözlərinə görə, bu preparatlar bir-birinə qarışan zaman insan üçün dəhşətli nəticələr verə bilər. Məsələn, adi dodaq boyası ağız boşluğuna düşən zaman tüpürcəkdə və mədədə uzun müddət qalan fermetlərə parçalanır.

Qırışlara qarşı kremlərin tərkibində olan kimyəvi maddələr də dəriyə çəkilən zaman heç bir maneə olmadan qana keçir.