Qadınlar övladlarına toy etmək adı ilə dələduzluq etdilər

qadinlar-ovladlarina-toy-etmek-adi-ile-deleduzluq-etdiler
Oxunma sayı: 999

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şərəfnisə Məmmədova və Elnarə Fətullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Məmmədovun icraatında olan prosesdə ilkin baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, qadınlar “Sədərək Ticarət Mərkəzi”ndə sahibkarlıqla məşğul olan Ərəstun Mehdizadədən 100 min manatlıq məhsul alaraq pulunu ödəməyiblər. Onlar eyni üsulla “Okean” mağazasının sahibinə də pul “atıblar”. Növbəti dəfə isə Nizami rayonunda yerləşən “Kainat” mebel salonundan övladlarına toy etmək adı ilə mebel alıblar, pulunu isə toydan sonra ödəyəcəklərini deyiblər.

Hər iki şəxs özünü təqsirli bildiklərini deyiblər. Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.

Murad Əhməd