Qadınların da olduğu içki məclisində güllələnmə - Mingəçevirdə

Qadınların da olduğu içki məclisində güllələnmə
Oxunma sayı: 6897

Mingəçevirdə qətl hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, cinayət hadisəsi içki məclisində olub.

Belə ki, yüngül təbiətli qadınların da yer aldığı məclisdə kimliyi tam müəyyənləşdirilməmiş ev sahibi ilə qonaqlardan biri olan Zülfiqar adlı şəxs arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ev sahibi sərt şəkildə döyülüb və çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silah götürərək atmaq istəyərkən qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıb. Qarışıqlıq zamanı silahdan açılan atəş nəticəsində güllə İncilli Akif təxəllüsü ilə tanınan şəxsə dəyib və o, hadisə yerində keçinib.

Hazırda hadisə yerində araşdırma aparılır, ölənin, xəsarət alanların və münaqişə iştirakçılarının kimliyi müəyyən olunur.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi