Hücumdan qorunmaq üçün portalın İT xidməti təhlükəsizlik tədbirlərini artırıb. Bu səbəbdən ölkə xaricindən sayta girişə qadağa qoyulub. Ölkə daxilində də tez-tez girişdə problemlər yaranır.
Qeyd edək ki, sayta hücumlar hazırda da davam edir. “Qafqazinfo”nun oxucularından yaranmış problemə görə üzr istəyirik və çalışırıq ki, sayt tezliklə əvvəlki vəziyyətinə qayıtsın.
Bir daha oxucuların nəzərinə çatdıraq ki, “Qafqazinfo” hakker hücumlarına ən çox məruz qalan saytlardan biridir. Demək olar, ildə bir neçə dəfə bu cür “sürpriz”lərlə qarşılaşırıq. Lakin son günlər hücumların intensivləşməsini təsadüf hesab etmirik və mənbəyi ilə bağlı araşdırmalar aparmağa çalışırıq. Müvafiq qurumlardan isə bu məqamda bizə dəstək olmalarını gözləyirik.
Son xəbərlər
Son Xəbərlər