“Qalatasaray” Seferoviçi göndərdi

qalatasaray-seferovici-gonderdi
Oxunma sayı: 1930

“Qalatasaray” mövsümün əvvəlində “Benfika”dan icarəyə götürdüyü Haris Seferoviçin müqaviləsini ləğv edib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçrəli hücumçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Haris Seferoviç bu mövsüm “Qalatasaray”ın heyətində 13 oyuna 2 qol vurub.