Qalina da koronavirusa yoluxdu

qalina-da-koronavirusa-yoluxdu
Oxunma sayı: 1718

Rusiyanın tanınmış aktrisası Qalina Bob koronavirusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib.

Sənətçi test nəticələrinin pozitiv çıxdığını qeyd edərək analizlərin nəticələrini rəsmi hesabında paylaşıb.

Onun simptomları arasında yalnız qoxu itkisinin olduğu müşahidə edilib. Aktrisa əlavə edib ki, hərarət və öskürək kimi əlamətləri yoxdur.

Qeyd edək ki, Qalina kinorejissor Sergey Koryaginlə evlidir. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib.