Qanunsuz silah gəzdirən şəxs saxlanıldı

qanunsuz-silah-gezdiren-sexs-saxlanildi
Oxunma sayı: 1188

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz odlu silah-sursat gizlədən şəxslərin aşkarlanması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, rayonun Bəyimli kəndi ərazisində Ucar rayon sakini Əlimirzə Əliyev qanunsuz olaraq üzərində odlu silah saxlamaqda şübhəli bilindiyi üçün tutularaq Zərdab Rayon Polis Şöbəsinə gətirilib. Onun əlindəki çantaya şahidlərin iştirakı ilə baxış keçirilib və “TOZ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb. Araşdırma zamanı Ə.Əliyevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.