Qaqarinin adını daşıyan kosmik gəmi fəzaya buraxıldı - Video

qaqarinin-adini-dasiyan-kosmik-gemi-fezaya-buraxildi
Oxunma sayı: 2299

Yuri Qaqarinin şərəfinə adlandırılmış “Soyuz MS-18” idarəedilən kosmik gəmisi Qazaxıstanın “Baykonur” kosmodromundan “Soyuz-2.1a” raketi vasitəsilə fəzaya buraxılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Roskosmos”un tvitter hesabında məlumat verilib. Raket üzərində kosmik fəzaya ilk insanın çıxmasının 60-cı ildönümünü əks etdirən emblem yerləşdirilib.

Uçuş Moskva vaxtı ilə saat 10:43-də baş verib. Beynəlxalq Kosmik Stansiyanın (ISS) “Rassvet” moduluna qoşulma saat 14:07-yə planlaşdırılıb.

Qeyd edək ki, Yuri Qaqarin 1961-ci il aprelin 12-də kosmik fəzaya ilk səyahət edən şəxs olub.