Qar yağacaq - Nazirlikdən hava ilə bağlı xəbərdarlıq

qar-yagacaq
Oxunma sayı: 8702

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, yanvarın 15-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.