“Qarabağ” “Araz Naxçıvan”a da uduzdu

qarabag-araz-naxcivana-da-uduzdu
Oxunma sayı: 4043

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Qurban Qurbanovun komandası 1:2 hesabı ilə uduzub. 

“Qarabağ”ın yeganə qoluna Juninyo imza atıb. “Araz-Naxçıvan”ın qollarını isə Orxan Əliyev və Elvis Maşuke vurub. 

Bununla da “Qarabağ” ardıcıl 3-cü oyunda meydandan qələbəsiz ayrılıb. Premyer Liqanın 10-cu turunda səfərdə “Turan Tovuz”la 2:2-lik bərabərliyə imza atan komanda, daha sonra Avropa Liqasının qrup mərhələsində “Bayer”ə 1:5 hesabı ilə məğlub olmuşdu.