““Qarabağ” bu il zəif çıxış edir” - Ramin Musayev

qarabag-bu-il-zeif-cixis-edir
Oxunma sayı: 651

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, newsport.az saytına danışan qurum rəsmisi “Qarabağ”ın bu il zəif təsir bağışladığını bildirib. 

O, çempionluq mübarizəsində ən iddialı komanda kimi “Qəbələ”ni saydığını bildirib: ““Qəbələ” bu il çox gözəl oyun nümayiş etdirəcək. Roman Qriqorçuka həm insan, həm də məşqçi kimi böyük hörmətim var. Onların yeni futbolçularını bəyəndim. “İnter”də transfer qadağası olduğundan yaralı vəziyyətdədir. “Neftçi” haqda bir söz deyə bilmirəm. Çünki yoxlama oyunlarını izləməmişəm. “Qarabağ”ın baş məşqçisi ilə münasibətlərim çox yaxşıdır.

Ancaq bunun məsələyə dəxli yoxdur. Fikrimcə, bu “Qarabağ” əvvəlki “Qarabağ”dan zəifdir. Bu il “Kəpəz” və “Sumqayıt”dan da yaxşı oyun gözləyirəm. Kim güclüdürsə, o da çempion olacaq. Özünüz də bilirsiniz ki, PFL yarandığı ildən çempion və kuboku götürən komanda avrokuboklarda ilk turdan büdrəməyib. Bizim boynumuza düşən yük odur ki, çempionat haqq-ədalətliolsun. Şükür Allaha ki, kiminsə xahişi ilə, rüşvətlə heç bir iş görülmür. Hakim səhvi isə dünyanın hər yerində var”.