“Qarabağ” matça ciddi itki ilə çıxacaq - Start heyət açıqlandı

qarabag-matca-ciddi-itki-ile-cixacaq
Oxunma sayı: 2417

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Molde" ilə matça ciddi itki ilə çıxacaq.

"Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl zədələnən Xayme Romeronun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Digər zədəli futbolçu Mahir Emreli isə matça start heyətdə başlayacaq.

Qurban Qurbanov 21:00-da başlayacaq oyun üçün aşağıdakı start heyətə şans verib:

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Media Renteria, Donalld Gerye, Matiç, Qara Qarayev, Ovusu, Filip Ozobiç, Zubir, Mahir Emreli