“Qarabağ məsələsi nə iqtidarın, nə də müxalifətin inhisarındadır”

qarabag-meselesi-ne-iqtidarin-ne-de-muxalifetin-inhisarindadir
Oxunma sayı: 1435

“Qarabağ məsələsi bizim milli məsələmizdir. Təəssüf ki, vaxt keçir, problem həll olunmur, bu da əhalidə narazılıq yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentdə çıxışında deyib. O qeyd edib ki, millətin gələcəyi, şərəfi buna bağlıdır: “Bu məsələ heç kəsin, yəni nə iqtidarın, nə də müxalifətin inhisarındadır. Bu, hamının mövzusudur. Xüsusən Dağlıq Qarabağda son zamanlar baş verən erməni həyasızlığı hər kəsi düşündürməlidir. Burada ümummili konsepsiya olmalıdır. Ona görə də təklif edirəm ki, Milli Məclisdə ildə iki dəfə müəyyən qurumlar gördükləri işlə bizi tanış etsinlər. Bunun üçün də bizimlə görüşlər keçirilməlidir”.

Günel Türksoy