“Qarabağ” Ovusunu da satdı

qarabag-ovusunu-da-satdi
Oxunma sayı: 3621

“Qarabağ” qanalı forvardı Kvabena Ovusunu satıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Macarıstanın “Ferentsvaroş” klubuna keçib.

Ötən ay bu klubla müqavilə imzalayan hücumçunun yayda Budapeşt təmsilçisinə qoşulacağı gözlənilirdi. Lakin macarların çalışdırıcısı Stanislav Çerçesovun onu sərəncamında tez görmək istəməsi, Ovusunun gedişinə səbəb olub.

Belə ki, “Qarabağ” 350 min avro (647 min manat) qarşılığında Ovusunun bu ay “Ferentsvaroş”a keçməsinə şərait yaradıb.